AZ

Ərdoğan xəbərdarlıq etdi: "Qarşıdakı iki-üç ay çox əhəmiyyətli olacaq"

"Qarşıdakı iki-üç ay dünya və Türkiyə üçün çox əhəmiyyətli olacaq". 

Demokrat.az
"TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantepdə gənclərlə görüşündə deyib.

" Tramp administrasiyası dövründə ABŞ-da idarəetmənin necə dəyişəcəyini görəcəyik. Dünya dəyişir. Qarşıdakı iki-üç ay çox vacibdir", deyə Türkiyə lideri bildirib.

Ərdoğan əlavə edib ki, Ankara mövcud vəziyyətə əsaslanaraq lazımi addımları atır. Lakin Türkiyə prezidenti hansı qərarların müzakirə edildiyini açıqlamayıb.

Ayşegül Sarıkaya adlı universitet tələbəsinin "Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin baş naziri Binyamin Netanyahuya qarşı həbs qərarını necə qiymətləndirirsiniz?" sualına Ərdoğan belə cavab verib:

"Beynəlxalq Cinayət Məhkəməsi çox dəqiq qərar verib. Amma Netanyahu bundan əvvəl verilən qərarlara heç vaxt əməl etməyib. O, buna da əməl etməyəcək"

Jalə
Demokrat.az
Seçilən
18
demokrat.az

1Mənbələr