Suriyada dünən yaşananlar bizim üçün yeni ümid işığı oldu.
Leqal.info xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan 15-ci Səfirlər Konfransının açılış mərasimində bildirib.
O qeyd edib ki, Türkiyə beynəlxalq aktorların Suriyada yeni hakimiyyətin formalaşmasına dəstək verməsini gözləyir. Onun sözlərinə əsasən, Ankaranın bütün səylərinə baxmayaraq Əsəd hökuməti xalqı ilə sülhə getmədi.
H. Fidan Türkiyənin bundan sonra da Suriya xalqının yannda olacağını, Suriyanın ərazi bütövlüyünü dəstəkləyəcəyini vurğulayıb.
Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta