AZ

İnsan orqanizmi üçün ideal qida: Heç bir zərəri yoxdur

İnsan orqanizmi üçün ideal qida məhsulu tapılıb.

Bu məhsulun heç bir “qüsuru” yoxdur. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə həkim və teleaparıcı Aleksandr Myasnikov “Rossiya 1” telekanalında danışıb.

“Paxlalıların bəzi zərərlərini tapmağa çalışıram. Meteorizmdən (köp-red.) başqa heç nə yoxdur”, - deyə Myasnikov bildirib. Onun sözlərinə görə, paxlalıları axşam isladıb səhər duzsuz bişirsəniz, köpdən qurtula bilərsiniz.

O, paxlalı bitkilərin tərkibində xərçəng və ürək-damar xəstəlikləri riskini azaldan çoxlu lif olduğunu vurğulayıb: 

“Paxlalı bitkilərdə hipertansif xəstələr üçün zəruri olan bitki zülalı da var. Üstəlik, bu məhsul aşağı kalorilidir, həmçinin B vitaminləri və mikroelementləri ehtiva edir. Bura yüksək təzyiq üçün lazım olan selen və kalium da daxildir”.

Seçilən
15
cebheinfo.az

1Mənbələr