AZ

Paşinyanın müavini: Tərəflər növbəti görüşə hazırlaşır

Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası prosesi dalana dirənməyib.

Bakupost.az “Arminfo”ya istinadən xəbərinə əsasən, bunu Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan deyib.

“Tərəflər növbəti görüşə hazırlaşsa da, onun dəqiq tarixi və formatı barədə razılaşma hələ ki yoxdur”, - Nikol Paşinyanın müavini bildirib.

O, həmçinin delimitasiyanın sərhədin hansı istiqamətində davam edəcəyini açıqlamayıb.

M.Qriqoryanın sözlərinə görə, tərəflər növbəti görüşdə nəqliyyat kommunikasiyalarının açılması məsələsini də nəzərdən keçirəcək.
Seçilən
10
9
bakupost.az

10Mənbələr