AZ

"Bu, əvvəlki qanunla mümkün deyildi" - Səməd Seyidov

"Diplomatik xidmət haqqında" qanunun qəbulundan 20 ildən artıq vaxt keçib və bu müddətdə 50-dən çox köklü və əsaslı dəyişikliklər edilsə də, bu, zamanın tələbinə cavab verə bilmir". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov komitənin Hüquq siyasəti və dövlət quruculuğu komitəsilə birgə keçirilən iclasında “Diplomatik xidmət haqqında” yeni hazırlanan qanun layihəsi barədə danışarkən deyib.

O bildirib ki, vaxtilə Azərbaycanın diplomatik gündəmində olmayan fəaliyyətlər indi vacib məsələyə çevrilib: “Məsələn, beynəlxalq məhkəmələrdə fəaliyyətin təşkil edilməsi bu gün reallıqdır və mütləq bunu nəzərə almalıyıq. Hazırda Azərbaycanın xaricdə 75 səfirliyi, 5 daimi nümayəndəliyi, 1 təmsilçiliyi var. Biz indiyə qədər beynəlxalq təşkilatların içərisində peşəkar diplomatların fəaliyyətını təşkil etməmişik. Bu əvvəlki qanunla mümkün deyildi. İndi isə yeni qanun layihəsində bu, öz əksini tapıb”.

Seçilən
36
1
sia.az

2Mənbələr