Parisdə Vladimir Zelenski ilə görüşündən sonra ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp açıqlama verib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Tramp belə qənaətə gəlib ki, Zelenski Rusiya ilə sülh danışıqlarının qaçılmazlığını dərk etməyə başlayıb.ABŞ-ın gələcək prezidenti həmçinin bildirib ki, o, Ukraynadakı münaqişəyə son qoymaq üçün konsepsiya hazırlayır.
Trampla görüşdən sonra Zelenski "müharibəyə tez bir zamanda son qoymaq" arzusunda olduğunu bildirib.
Öz növbəsində, Ukrayna başçısı Vladimir Zelenski Ukraynada dərhal atəşkəs təklifini qəbul etmədiyini qeyd edib.
Nərmin
Milli.Az