AZ

Yelenovskaya koloniyasının rəhbəri Sergey Evsyukova məxsus avtomobil partladılıb

Bazar ertəsi, dekabrın 9-u səhər müvəqqəti olaraq işğal altında olan Donetsk şəhərinin mərkəzində partlayış baş verib. Nəticədə Yelenovskaya koloniyasının rəhbəri Sergey Evsyukov ölüb, həyat yoldaşı isə iki ayağını itirib. İddiaya görə, Evsyukovun Toyota Land Cruiser avtomobilinin altına partlayıcı qoyulub.

Sergey Evsyukov qondarma “DXR” tərəfindən nəzarət edilən Donetsk vilayətinin işğal olunmuş ərazisi olan Yelenovka kəndindəki koloniyanın keçmiş rəhbəri olub. Onun fəaliyyəti 2022-ci il iyulun 29-da koloniyada ukraynalı hərbi əsirlərin kütləvi şəkildə qətlə yetirilməsi, partlayış nəticəsində azı 50 məhbusun həlak olması və 150-yə yaxın insanın yaralanması ilə diqqət mərkəzinə düşüb.

Ukrayna tərəfi Evsyukov və onun müavini Dmitri Neelovu məhbuslarla pis rəftarda, o cümlədən partlayışdan sonra onlara tibbi xidmət göstərməməkdə ittiham edir. Hər iki məmur, həmçinin qəsdən adam öldürmə də daxil olmaqla, hərbi əsirlərlə pis rəftar maddəsi ilə beynəlxalq humanitar hüququ pozmaqda ittiham olunur.

2022-ci ilin yayında ruslar Yelenovkada ukraynalı hərbi əsirlərin, xüsusən də Azovstalın müdafiəçilərinin saxlandığı koloniyada partlayış təşkil etdilər. Rusiyanın açıqlamalarına görə, partlayış nəticəsində 50-dən çox Ukrayna əsgəri həlak olub.

Əziz Mustafa, Oxuməni.az

Seçilən
7
oxumeni.az

1Mənbələr