AZ

Evsizlərə BƏD XƏBƏR

Yazını böyüt
Yazını kiçilt

Oksford Universitetinin alimləri müəyyən ediblər ki, ev sahibləri ev kirayələyənlərdən 0,36-0,42 il daha çox yaşayırlar. Araşdırmanın nəticələri Demography jurnalında dərc olunub.

24-35 yaşlı yetkin kişilər haqqında məlumatlara xüsusi diqqət yetirilib. Nəticələr göstərib ki, ev sahibliyi kişi amerikalıların ömrünü artırır.

Araşdırmaya görə, ev sahibi olmaq 20-ci əsrin əvvəllərində doğulmuş qaradərili kişilər üçün 0,36 il, ağdərili kişilər üçün isə 0,42 il ömrü artırır. Alimlər ev sahibliyinin təkcə sərvət toplanmasına kömək etmədiyini, həm də stress səviyyəsini azaltmaqla sağlamlığa müsbət təsir göstərdiyini irəli sürüblər. Tədqiqatçılar həmçinin vurğulayırlar ki, əmlak dəyərləri ümumilikdə ömür uzunluğuna ciddi təsir göstərmir.

Bundan əlavə, alimlər müəyyən ediblər ki, insanların ev aldıqları yaş da onların potensial uzunömürlülüyünə təsir edir. Erkən yetkinlik dövründə ev sahibi olmuş kişilər kirayədə qalanlarla müqayisədə təxminən altı ay daha çox yaşayırlar.

Seçilən
48
45
hafta.az

10Mənbələr