1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Beynəlxalq Şahmat Federasiyası (FIDE) Rusiya və Belarus şahmatçılarının beynəlxalq yarışlarda iştirakı ilə bağlı qərar verib.
Oxu.Az xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.
Federasiyanın şurası bu iki ölkə təmsilçilərinin FIDE bayrağı altında iştirak müddətini daha bir il uzadıb. Rusiya və Belarus şahmatçıları 2026-cı il yanvarın 1-dək yarışlara beynəlxalq federasiya bayrağı altında qatılacaq.
Qeyd edək ki, əvvəlki qərarın müddəti 2025-ci il yanvarın 1-də bitməli idi.