AZ

Diddi ilə birgə bu reper də 13 yaşlı qıza təcavüz etməkdə ittiham olunur

Məşhur müğənni Beyonsun həyat yoldaşı, reper Cey-Z "Pi Diddi" ləqəbi ilə tanınan məşhur reper Şon Con Kombsla birlikdə 13 yaşlı qıza təcavüz etməkdə ittiham olunur.Missiya.Az xəbər verir ki, iddialara görə, hadisə 2000-ci ildə MTV Video Musiqi Mükafatları mərasimindən sonra yaşanıb.

Bildirilib ki, qızın mərasimdən sonra qonaqlığa dəvətsiz gəldiyi iddia edilib. Qız əvvəlcə orada sərxoş edilib, sonra isə reperlər tərəfindən təcavüzə məruz qalıb. Bütün bu baş verənləri izləyən şəxsin olduğu deyilib. Hələlik həmin şəxsin kimliyi açıqlanmayıb.

Qeyd olunub ki, 13 yaşlı qız daha sonra oradan qaça bilib. Cey-Z özü haqqında çıxan iddiaları təkzib edib.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
54
1
missiya.az

2Mənbələr