Gürcüstan hakimiyyətinin milli maraqların müdafiəsinə yönəlmiş hərəkətləri Vaşinqton və Brüsseldə narazılıq yaradır. Qərb yəqin ki, Tbilisini tənqid etməkdə davam edəcək.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib: “Biz görürük ki, Gürcüstan rəhbərliyi tərəfindən ölkənin milli maraqlarına hörmət və mühafizəyə yönəlmiş praqmatik siyasət Vaşinqtonda, Brüsseldə və Qərb ölkələrinin böyük əksəriyyətində sözün əsl mənasında ürək yanmasına səbəb olur. Vaşinqton və Brüsseldə verilən şərhlərə əsasən güman etmək olar ki, Gürcüstan rəhbərliyinə hücumlar davam edə bilər. Düzgün başa düşdümsə, Gürcüstan rəhbərliyinin öz kursunu qorumaq üçün hələ çox işi var”, – deyə Qaluzin bildirib.
Vəli Həsənoğlu,
KONKRET.az