AZ

İmişli və Beyləqanda “Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı ictimai dinləmələr keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində İmişli və Beyləqan rayonlarında ictimai dinləmələr təşkil olunacaq.

 

Tədbirlərdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydalarına dair iştirakçılara ətraflı məlumat veriləcək və onları maraqlandıran suallar cavablandırılacaq.

 

İctimai dinləmələr 11 dekabr 2024-cü il tarixində saat 12:00-da İmişli rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin inzibati binasında (İmişli, H.Əliyev pr.,156) və həmin gün saat 16:00-da “Beyləqan Gənclər evi” sosial xidmət müəssisəsinin inzibati binasında (Beyləqan, H.Əliyev pr.,25) keçiriləcək.

Seçilən
29
qht.az

1Mənbələr