Suriyanın Mənbic şəhərinin PKK terror qruplaşmasından azad edilməsi ilə bağlı reportajda üzərinə Azərbaycan bayrağının fonunda "Qarabağ” yazılmış kofta geymiş yeniyetmə də görünüb.
Hurriyyet.az xəbər verir ki, kadrlarda Mənbic sakini 13 ildir terrorçuların şəhəri işğal etməsi səbəbindən yurdunu tərk etdiyini, atası, anasının yasına belə gələ bilmədiyini bildirib./report.az/