Avstriyada suriyalılara sığınacaq verilməsi prosedurları dayandırılacaq.
Bu barədə Avstriyanın \"Kronen Zeitung\" qəzeti hökumətdəki mənbəyə istinadən yazır.
\"Növbəti bildirişə qədər Suriya vətəndaşlarına sığınacaq verilməsi ilə bağlı bütün prosedurlar dayandırılacaq\", - mənbə bildirib.
Təkcə bu il 12 500 suriyali Avstriyada sığınacaq istəyib. Bu səbəbdən bir neçə min prosedur baxılma mərhələsindədir.
///Report