AZ

"Formula 1" üzrə dördqat dünya çempionu ictimai işlərə məhkum edilib

"Formula 1" üzrə dördqat dünya çempionu Maks Ferstappen Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən ictimai işlərə məhkum edilib.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, buna səbəb onun sentyabrın 19-da pilotların yığıncağında nalayiq ifadələr işlətməsi olub.

27 yaşlı niderlandlı pilotu cəzasını Ruandanın paytaxtı Kiqalidə çəkəcək. O, FIA-nın mükafatlandırma mərasimində iştirak edəcək və paralel olaraq gənc sürücülər üçün təlim məşğələləri keçəcək.

Qeyd edək ki, M.Ferstappen noyabrda Las-Veqas Qran-prisində qalib gələrək ardıcıl dördüncü çempionluğunu qazanıb.

Seçilən
7
1
avtosfer.az

2Mənbələr