Olaylar xarici mətbuata istinadən xəbər verir ki, yeni baş nazir Məhəmməd əl-Bəşir və kabineti regionda keçid prosesi istiqamətində kritik addımlar atmaq üçün vəzifəyə başlayacaq.
İdlib əsilli əl-Bəşirin rəhbərliyi ilə formalaşan yeni kabinet Bəşər Əsəddən sonra Suriyanın yenidən qurulması və sabitləşməsi üçün mühüm vəzifələri öz üzərinə götürəcək.
MƏHƏMMƏD əl-BƏŞİR KİMDİR?
1983-cü ildə İdlibdə anadan olan Məhəmməd əl-Bəşir 2007-ci ildə Hələb Universitetinin Elektrik mühəndisliyi fakültəsini bitirib. 2011-ci ildə Suriya Qaz Şirkətində menecer kimi işə başlayıb.
İdlib Universitetində şəriət və hüquq üzrə bakalavr dərəcəsi də olan Bəşir dövlət idarəçiliyi üzrə də təhsil alıb.
Məhəmməd əl-Bəşir 2022-2023-cü illər arasında Qurtuluş Hökumətində İnkişaf və Humanitar İşlər Naziri vəzifəsində çalışdıqdan sonra 2024-cü ilin əvvəlində baş nazir seçilib.
YENİ KABİNET AŞAĞIDAKl ŞƏKİLDƏ FORMALIDIR;
Baş nazir: Məhəmməd Əl Bəşir
Ədliyyə Naziri: Şadi əl-Vaysi
Daxili İşlər Naziri Məhəmməd Abdurahman
Maliyyə naziri: Bazel Əbdüləziz
Kənd Təsərrüfatı Naziri: Məhəmməd əl-Əhməd Nazir Nazir əl-Qadiri
Rabitə naziri: Məhəmməd əl-Ömər
Vəqflər naziri: Hüsam hac Hüseyn
Səhiyyə naziri: Mazin Duqan
Təhsil Naziri: Andülmunim Abdulhafiz
Yerli idarəetmə naziri: Məhəmməd Müslüm
İnkişaf naziri: Fadi əl-Qasim