1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İspaniya Kubokunda 1/16 final mərhələsinin püşkü atılıb.
Oxu.Az xəbər verir ki, La Liqanın nəhəngləri "Real Madrid"lə "Barselona"nın da rəqibləri bəlli olublar.
Öncədən müəyyənləşdiyi kimi hər iki klubun rəqibi 4-cü divizion təmsilçisi olub. Məsələ ondadır ki, təşkilatçılar Superkubokun dörd iştirakçısı - "Real Madrid", "Barselona", "Atletik" və "Malyorka"nı ayrı səbətdə yerləşdirib və onların hər birinə 4-cü diviziondan komanda düşüb.
"Real Madrid" "Minera", "Barselona" isə "Barbastro" ilə qarşılaşacaq. Bir matçdan ibarət olacaq görüşlər aşağı dəstə təmsilçilərinin meydanında keçiriləcək. 1/16 final oyunları 2025-ci il yanvarın 4-5-də baş tutacaq.
Qeyd edək ki, "Barselona" 2024-cü ilin yanvarında da "Barbastro" ilə qarşılaşıb və 3:2 hesablı qələbə qazanıb.