AZ

Ermənistanın arzusu puç oldu: Tehran və Dehli ilə görüş niyə baş tutmadı?

Sentyabrda Ermənistan, İran və Hindistanın iştirakı ilə yeni ticarət marşrutunun işə salınması üçün planlaşdırılan üçtərəfli görüş baş tutmayıb.

Milli.Az xəbər verir ki, bu barədə  Ermənistan İqtisadiyyat Nazirliyi məlumat verib.

"Bu görüş İranda baş verən məlum hadisələrə görə baş tutmadı", - deyə departament qeyd edib.

Bununla belə, Ermənistan multimodal ekspress marşrutun yaradılması ilə bağlı ilkin müzakirələri davam etdirir, lakin onun işə salınmasının son vaxtı qeyri-müəyyən olaraq qalır.

İranın Çabahar limanının idarə olunmasında Ermənistanın rolu da qeyri-müəyyən olaraq qalır.

"Ermənistanın limanda iştirak formatı hələ də müzakirə olunur", - departament qeyd edib.

Milli.Az

Seçilən
55
1
milli.az

10Mənbələr