AZ

Zelenski Suriyadakı hakimiyyət dəyişikliyində Rusiyanı günahlandırdı

Ukrayna prezidenti Volodimir Zelenski iddia edib ki, Suriyada Bəşər Əsəd 800 min rus əsgəri Ukraynada xüsusi hərbi əməliyyatlarda iştirak etdiyi üçün devrilib.

Qaziler.az xəbər verir ki, onun sözlərini “İnterfaks-Ukrayna” sitat gətirib.

“Biz Əsəd rejiminin yıxıldığını görürük. Niyə? Çünki orada əsl rus qoşunları yoxdur. Gəlin səmimi olaq. Həm də təkcə üsyançı qüvvələrə və onları dəstəkləyənlərə görə deyil, həm də ona görə ki, orada real rus qoşunları yoxdur”, - Zelenski bildirib.

O, Ukraynada təxminən 800 min rus əsgərinin olduğunu iddia edib. Onun sözlərinə görə, Kiyev münaqişədə uduzsa, Rusiya Suriyaya, Afrikaya və bir çox başqa ölkələrə qayıdacaq.

QAZİLER.AZ

Seçilən
15
1
qaziler.az

2Mənbələr