Sanksiyalara baxmayaraq, Avropa İttifaqı (Aİ) ölkələri gizli şəkildə 2023-cü ildə 6,1 milyard avro dəyərində Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) idxal edib. Bu da Rusiyanın bütün ixracının yarıdan çoxunu təşkil edir.
Modern.az xəbər verir ki, bu barədə “Teleqraf” məlumat yayıb.
Nəşr qeyd edib ki, Avropaya, o cümlədən Baltikyanı ölkələrə LNG yüklərinin sayı artmaqda davam edir.
Ən böyük idxalçılar İspaniya və Belçikadır. Onların alışları 50% artaraq ümumi LNG idxalının müvafiq olaraq 26,5% və 37,2%-ni təşkil edir.
Mütəxəssislər Rusiyanın mayeləşdirilmiş təbii qazına tələbatın artımını Aİ-nin iqtisadiyyatı karbonsuzlaşdırma planları ilə əlaqələndirirlər. 2030-cu ilə qədər CO2 emissiyaları 55% azalmalıdır.