AZ

HƏMAS Suriyadakı hadisələrə reaksiya verdi

HƏMAS hərəkatı Suriyada 61 illik Baas rejiminin devrilməsi münasibətilə Suriya xalqını təbrik edib. Metbuat.az xəbər verir ki, bu barədə hərəkat açıqlama yayıb. Açıqlamada Suriya xalqının iradəsinə və siyasi üstünlüklərinə hörmət edildiyi bildirilib. Bəyanatda deyilir ki, HƏMAS qardaş Suriya xalqını azadlıq və ədalət istəklərini reallaşdırmaqda əldə etdikləri uğurlarına görə təbrik edir. HƏMAS Suriya xalqını öz sıralarını birləşdirməyə, daha böyük milli həmrəylik nümayiş etdirməyə çağırıb. HƏMAS Fələstin xalqı olaraq Suriya xalqının yanında olduğunu bəyan edib, Suriyanın birliyi, ərazi bütövlüyü və Suriya xalqına, onun iradəsinə və müstəqilliyinə hörmətin zəruriliyini vurğulayıb.

Həmçinin təşkilat, İsrailin Suriya ərazisinə hücumlarını qəti şəkildə pisləyib. Açıqlamada deyilir ki, HƏMAS Suriya xalqını və onların torpaqlarını hədəf alan hər hansı sionist planın əleyhinədir.

Seçilən
13
1
metbuat.az

4Mənbələr