AZ

Günün qoroskopu: Yeni işlərə hazır olun!

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir:

Qoç - əvvəllər planlaşdırdığınız işlərin çoxunu günün ilk yarısında reallaşdırmaq mümkündür. Sürətli və qətiyyətli olun. Həmişə məsləhət aldığınız insanların açıqlamalarını bu dəfə gözləməyin. Kiçik itkilər, texnikanın sıradan çıxması mümkündür. Səfər və ya səyahət hesablamalarınızdan artıq vaxt tuta bilər.

Qəfil yaranan anlaşılmazlıq və problemləri dərhal həll edin.

Günün ikinci yarısı bilik və bacarıqların artırılması, informasiya mübadiləsi üçün əlverişlidir. Aldığınız məlumatları təhlil edin.

Axşam saatlarını sevdiyiniz insanla keçirin.

Buğa - günün ilk yarısında görüləsi işlər çoxdur. Həmin işləri bitirin. Amma bilin ki, minnətdarlıq, mükafat və ya ödəniş sonradan ola bilər. Yaşamınızdakı olaylara görə kimsəyə şikayətlənməyin.

Mühüm məsələləri təkbaşına həll etməli olacaqsınız. Yaxınlarınız rifahları ilə bağlı məsələlərin həllini sizə həvalə etmək istəyirlər.

Günün ikinci yarısında yorulacaqsınız. Özünüzü taqətdən salmayın. Müəyyən işləri ertəmələk olar.

Yolda çox vaxt keçirməyin.

Əkizlər - maraqlandığınız predmetlə bağlı maksimum informasiya əldə etməyə çalışın. Belə hazırlıqda fayda var. İstənilən formada gözlənlməz hadisəni sürpriz kimi qarşılamayın.

Yeni layihələrin reallaşdırılmasını ertələyin.

Günün ikinci yarısında uzunmüddətli səfərə çıxmayın.

Axşam saatlarını sakit şəraitdə, ailə üzvləri ilə birlikdə keçirin. Sevdiyiniz insan sizi dəstəkləyəcək.

Subaysınızsa, aradığınız insanı tapacaqsınız.

Xərçəng - günün ilk yarısı mühüm işlər və genişmiqyaslı layihələr üçün əlverişli deyil. Başlamaq istədiyiniz işin təfərrüatları, detalları barədə mümkün qədər çox informasiya toplayın. İşgüzar görüşə hazırlaşın. Ünsiyyət zamanı qarşı tərəflə sayıq davranın.

Günün ikinci yarısında maraqlarınızı tam təmin etməyə çalışın.

Münaqişə və ya mübahisələrə qatılmayın. Belə olayların gözlənilməz fəsadları ola bilər. Yaxınlarınızla təmaslarda səmimi və qayğıkeş olun.

Axşam saatlarında əyləncə məkanına yollana bilərsiniz.

Şir - işlərinizin irəliləməsi üçün başqasının təcrübəsindən yararlanın. Maraqlandığınız məsələlərdə ciddi nailiyyətlər üçün peşəkarın yardımına ehtiyacınız var.

Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Yeni işlərə hazır olun. Fəqət tələsməyin. Əvvəlcə planlaşdırın, sonra reallaşdırmağa başlayın.

Yaxın ətrafınızdakı insanların qeydinə qalın. Köhnə dostlarla təmasları intensivləşdirin. Axşam saatları romantik görüş üçün əlverişlidir.

Qız - günün ilk yarısında önəmli işə başlamaq olar. Aktiv ünsiyyət və yeni insanlarla görüşlərdə xeyir var. Gərəkli informasiyanı əldə etməyə çalışın.

Saatlar keçdikcə müsbət təmayüllərin təsiri artacaq. Situasiyadan dərhal yararlanmağa tələsməyin.

Seçilən
81
38
publika.az

10Mənbələr