AZ

Azərbaycanda hotellərin orta qiyməti 24,2% artıb

2024-cü ildə Azərbaycanda hotellərdə onlayn bronlaşdırma platforması booking.com vasitəsilə bir gecə qalmaq üçün orta qiymət 154,3 manat təşkil edib. Bu, ötən ilin göstəriciləri ilə müqayisədə 24,2% artım deməkdir.

Fins.az Dövlət Turizm Agentliyinin hesabatına əsasən xəbər verir ki, yalnız dekabr ayında hotellərdə bir gecə qalmağın orta qiyməti 149,7 manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 24,7% çoxdur.

Müqayisə üçün, eyni dövrdə:

  • İstanbulda hotellərin orta qiyməti 166 manat təşkil edib və ötən illə müqayisədə 7,8% azalma müşahidə olunub.
  • Gürcüstanda isə hotellərdə bir gecə qalmaq üçün orta qiymət 133 manat olub ki, bu da keçən illə müqayisədə 9,2% azalma deməkdir.

Bu göstəricilər Azərbaycan hotellərinin qiymət dinamikasının regionla müqayisədə daha sürətlə artdığını göstərir.

Fuad Mədətov
Fins.az

Seçilən
23
2
fins.az

3Mənbələr