AZ

Rusların qorxusu: “Yarıbayarı azaldacağıq...”

Yazını böyüt
Yazını kiçilt

Rusiyanın heç vaxt bitməyən “demoqrafik böhran” problemi gündəmin əsas bəndlərindən biri olmaqda davam edir.

Hafta.az-ın “Moskovskaya Komsomolets” qəzetinə istinadən yazdığına görə, 2024-cü il Rusiyada doğum səviyyəsinin artırılması üçün gərgin mübarizə aparılıb. Lakin demoqrafiya üzrə ekspertlərin fikrincə, görülən tədbirlər kifayət deyil.

Demoqraf Aleksey Rakşa bu ilin ən əhəmiyyətli inkişafının ölüm nisbətinin artması olduğunu bildirib. Rakşa, “Bu il ölənlərin sayı keçən ilə nisbətən 5 faiz artıb. 2024-cü ildə təxminən 1 milyon 840 mindən 1 milyon 850 minə qədər insan öləcək. 2023-cü ildə bu rəqəm 1 milyon 764 min 618 olub. Artım təkcə hərbi itkilərlə bağlı deyil, həm də spirtli içkilərdən istifadənin artması və COVID-19-un uzunmüddətli təsirləri ilə bağlıdır" deyib.

İmmiqrasiya artımında da ciddi azalma müşahidə olunub. 2023-cü ildə Rusiyaya gələn mühacirlərin sayı 560 min ikən, ölkədən 450 min nəfər gedib. Halbuki 2024-cü ildə immiqrant artımı cəmi 50-60 min civarında olub. Bu rəqəm 1975-ci ildən bəri ən aşağı səviyyədir. Rakşa, “2024-cü ilin oktyabrında “Rosstat” elektron sistemə keçidlə əlaqədar immiqrasiya məlumatlarını dayandırdı. Lakin indiki məlumatlara görə, immiqrasiya artımımız tariximizdə ən aşağı səviyyədədir” deyib.

Demoqraf Yuri Krupnov da əhalinin azalmasının ciddi problem olduğunu vurğulayıb. “Əgər biz demoqrafik siyasətdə köklü dəyişikliklər etməsək, əsrin sonuna qədər əhalimiz yarıya qədər azalacaq”, - Krupnov bildirib.

Ölüm göstəricilərinin yüksək olmasının əsas səbəbləri arasında ürək-damar xəstəlikləri və 25-45 yaş arası kişilərin ölüm halları var.

Krupnov deyib: “Kişilərimiz həyatlarının ən məhsuldar dövründə ölürlər. Bu göstərici Avropa İttifaqı ilə müqayisədə xeyli yüksəkdir. Mütəxəssislər bildirirlər ki, indiki kiçik stimullar kifayət etmir və əsl demoqrafik inqilab lazımdır”.

Seçilən
22
hafta.az

1Mənbələr