AZ

“Ukraynada hərbi xidmətə çağırış yaşının aşağı salınması prioritet məsələ deyil” - Zelenski

 

“Ukraynada çağırış yaşının aşağı salınması prioritet məsələ deyil”.

Missiya.Az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski özünün “X” sosial media hesabında yazıb.

“Mətbuatda ukraynalıların cəbhəyə göndərilməsi üçün çağırış yaşının aşağı salınması ilə bağlı çox danışılır. Mövcud ekipajların avadanlıqla təchiz edilməsinə və bu avadanlıqdan istifadə etmək üçün kadrların hazırlanmasına diqqət yetirməliyik. Biz əsgərlərin gəncliyi ilə avadanlıq və təlim çatışmazlığını kompensasiya etməməliyik”, - deyə siyasətçi vurğulayıb.

Zelenski bildirib ki, prioritet Ukraynada hərbi xidmətə çağırış yaşının azaldılması deyil, raketlərin tədarükü və Rusiyanın hərbi potensialının azaldılması olmalıdır.

Ukrayna lideri qeyd edib ki, bizim əsas prioritetimiz bu müharibəni necə bitirmək üzərində birgə işləməkdir.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
74
missiya.az

1Mənbələr