AZ

Bakı konfransının uğurları müzakirə edilib

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ilə Qlobal Ekoloji Fondun baş direktoru Karlos Manuel Rodriges arasında keçirilən görüşdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında əldə edilən tarixi nəticələr barədə fikir mübadiləsi aparılıb.

Bu barədə COP29-un “X”sosial şəbəkəsindəki hesabında paylaşım edilib. Məlumata görə, görüş Ər-Riyadda COP16 çərçivəsində keçirilib. Tərəflər, həmçinin iqlim maliyyələşdirilməsi, əməkdaşlığın gücləndirilməsi və torpaqların bərpası üzrə qlobal fəaliyyətlərin stimullaşdırılması, eləcə də quraqlığa davamlılığın artırılması məsələlərini müzakirə ediblər.

Seçilən
7
7
xalqqazeti.az

9Mənbələr