AZ

ABŞ İsrailə haqq qazandırdı

ABŞ Dövlət Departamenti İsrailin Qolan təpələrindəki Suriya ərazisini işğalını haqlı sayır və bu, İsrail və Suriya arasında  sazişin pozulmasıdır.

KONKRET.az xəbər verir ki,  ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Miller İsrailin bu addımı ilə terrorçu qrupların istifadə edə biləcəyi boşluğu doldurduğunu bildirib: “Suriya ordusu razılaşdırılmış İsrail-Suriya bufer zonası ətrafındakı mövqelərini tərk edərək, İsrail daxilində mülki əhali üçün təhlükə yarada bilər”. O, hər bir ölkənin terror təşkilatlarına qarşı tədbir görmək hüququ olduğunu əlavə edib. Bundan  Millerin  İsrailin bu addımını  müvəqqəti xarakter daşıdığını qeyd edib. “The Guardian” xəbər verir ki, ötən gün İsrailin baş naziri Benyamin Netanyahu qoşunlara bufer zonaya daxil olmağı əmr edib. Dekabrın 9-da BMT İsrailin bu addımı ilə 1974-cü il müqaviləsini pozduğunu açıqladı. Öz növbəsində, dekabrın 9-da Netanyahu İsrailin təxminən 60 ildir işğal etdiyi Qolan təpələrinin əbədi olaraq İsrailin bir hissəsi olaraq qalacağını açıqlayıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
20
1
konkret.az

2Mənbələr