AZ

Ukraynanın vəziyyəti kirtikdir – Almaniyanın federal kansleri postuna namizəd Fridrix Merz

Almaniyanın federal kansleri postuna namizəd, müxalif Xristian Demokrat İttifaqının (CDU) lideri Fridrix Merz Ukrayna üçün hərbi təmas xəttində vəziyyətin faktiki olaraq dönməz xarakter aldığını bildirib.

Bir gün əvvəl o, elan olunmamış səfərlə Kiyevə səfər edib. “Vəziyyət kritikdir. Rusiya Ukraynanın bəzi vilayətlərində möhkəm dayanıb”, – siyasətçi “Bild” qəzetinin baş redaktor müavini Pol Ronzeymerə müsahibəsində bildirib.

Fridrix Merz dəfələrlə Olaf Şolsu Ukraynaya kifayət qədər yardım etmədiyinə, o cümlədən Ukrayna Silahlı Qüvvələrinə “Taurus” uzaqmənzilli qanadlı raketlərin verilməsindən imtina etdiyinə görə tənqid edib. Özü isə söz veri ki, seçkilərdə qalib gələcəyi halda, Rusiya atəşkəsdən imtina edərsə, onları Ukraynaya göndərəcək.

XDİ liderinin Kiyevə səfəri Bundestaqda Olaf Şolz hökumətinə etimadsızlıq səsverməsindən bir həftə əvvəl və ehtimal olunan növbədənkənar parlament seçkilərinə təxminən üç ay qalmış baş tutub.

//Samir Qurbanov, Editor.az

Seçilən
36
editor.az

1Mənbələr