AZ

"Mançester Siti"nin maliyyə pozuntuları ilə bağlı işində yeni təfərrüatlar ortaya çıxıb

İngiltərənin "Mançester Siti" klubunun maliyyə pozuntuları ilə bağlı işində yeni təfərrüatlar ortaya çıxıb.

“İki sahil” xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb.

İngiltərə klubu "maliyyə feyr-pleyi" qaydalarının 130 dəfə pozulmasında ittiham olunub. Əvvəllər kluba qarşı 115 pozuntu halı barədə məlumat verilmişdi. Lakin bəzi müddəaların şərhindəki qeyri-dəqiqliklər səbəbindən düzəliş edilməsi qərarı verilib.

Məsələ ilə bağlı qərarın 2025-ci ilin yanvarında verilməsi gözlənilsə də, apellyasiya şikayəti səbəbindən proses növbəti mövsümün əvvəlinə qədər təxirə salına bilər. Klubun səviyyəcə ikinci liqa sayılan Çempionşipə düşürülməsi barədə qərar qəbul ediləcəyi təqdirdə, apellyasiya şikayətinə baxılması müvəqqəti olaraq dayandırıla bilər.

Qeyd edək ki, "Mançester Siti" hazırda Premyer Liqada 27 xalla dördüncü pillədə yer alıb.

Seçilən
17
1
ikisahil.az

2Mənbələr