AZ

Miqrasiya Məcəlləsinə dəyişiklik edilir

Bakı. Trend:

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə dəyişiklikedilir.

Trend xəbərverir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin dekabrın10-da keçirilən plenar iclasında üçüncü oxunuşda müzakirəyəçıxarılıb.

Layihə qanunsuz miqrantların saxlanılması mərkəzlərindəəcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerləşdirilməsi vəsaxlanılması qaydalarının təkmilləşdirilməsi, onların hüquq vəmənafelərinin təmin edilməsi məqsədilə hazırlanıb. SənəddəMəcəlləyə 82.4-82.8-ci maddələrin əlavə edilməsi təklif olunur.

Həmin maddələrdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərinqanunsuz miqrantların saxlanılması mərkəzlərində saxlanılmasımüddətinin hesablanması, onların bu mərkəzlərdə yerləşdirilməsimüddətinin uzadılması, yaxud azad edilməsi haqqında qərarın icraedilməsi qaydaları və qanunsuz miqrantların saxlanılmasımərkəzlərinin rəisi tərəfindən həmin mərkəzlərdə məcburiyerləşdirilmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin azadedilməsi halları təsbit edilir.

Bununla yanaşı, Məcəlləyə 88-1 – 88-11-ci və 89-1-ci maddələrinəlavə olunması nəzərdə tutulur. Bu əlavələrə əsasən, qanunsuzmiqrantların saxlanılması mərkəzlərində saxlanılan əcnəbilərin vəvətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının həyatakeçirilməsi məqsədilə hamin şəxslərin şəxsi təhlükəsizlik hüququ,yazışmaları, müraciətlərinin göndərilməsi, digər şəxslərləəlaqələri, maddi-məişət və tibbi-sanitariya təminatları, diniayinlərin yerinə yetirilməsi, dini ləvazimatdan və ədəbiyyatdanistifadə edilməsi, bağlama, sovqat, pul baratlarının alınması və yagöndərilməsi, mülki hüquq və ailə münasibətlərində iştirakı, həminşəxslərə tətbiq edilən həvəsləndirmə tədbirləri və digərməsələlərlə bağlı tənzimləmələr öz əksini tapıb.

Seçilən
11
4
az.trend.az

5Mənbələr