AZ

Manuel Noyer ilin sonuna qədər sıradan çıxdı

“Bayern”in alman veteran qapıçısı və kapitanı Manuel Noyer zədələnərək, cari ilin sonuna qədər sıradan çıxıb.

Arena.az məlumat verir ki, Noyer Almaniya Kubokunun 1/8 finalı çərçivəsində “Bayer”lə ev oyununda (0:1) qabırğasını sındırıb.

Bu barədə “Bayern”in belçikalı baş məşqçisi Vensan Kompani münhenlilərin Çempionlar Liqasının Liqa mərhələsinin Donetks “Şaxtyor”u ilə 6-cı tur oyununa həsr edilmiş mətbuat konfransında məlumat verib:

“Ümidvaram ki, o, yanvarda düşərgəmizə qayıdacaq. Səhhəti o qədər də pis deyil”, deyə Kompani bildirib.

Manuel Noyer “əczaçılar”ın niderlandlı yarımmüdafiəçisi Ceremi Frimponq ilə toqquşma zamanı, qapıçının cərimə meydançası xaricində rəqibi sərt dayandıdığı və karyerasında ilk dəfə qırmızı vərəqə alması ilə nəticələnmiş məqamda zədələnib.

“Şaxtyor”ya oyundan əlavə, Noyer Almaniya Bundesliqasında “Maynts” və “Leypsiq”lə oyunları da buraxacaq.

Manuel Noyer “Şalke”nin yetirməsidir. Alman qapıçı 2011-ci ilin iyulundan “Bayern”də çıxış edir. Noyer Münhen klubuna 30 milyon avro məbləğ müqabilində elə, “Şalke”dən transfer edilib.

Qapıçının Münhen klubu ilə cari müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Noyer cari mövsümdə “Bayern”in heyətində 19 oyuna çıxıb, 13 qol buraxıb, 12 oyunda qapısının toxunulmazlığını təmin edib.

Təcrübəli qapıçının “Bayern” karyerası ümumilikdə 540 oyun, 440 buraxılmış qol və 256 “quru” oyundan ibarətdir.

Noyer 2009-cu ilin iyununda debüt etdiyi və bu il iştirakına xitam verdiyi Almaniya yığmasının heyətində ümumilikdə 124 oyun keçirib, 118 qol buraxıb, 51 oyunda qapısını toxunulmaz saxlayıb.

Alman qapıçı “bundestim”lə DÇ-2014-ün qalibi olub. Noyer həmçinin Almaniyanın U-21 yığması ilə Avropa çempionatını (2009) qazanıb.

“Transfermarkt” internet-portalı 38 yaşlı alman qapıçının transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
9
3
arena.az

4Mənbələr