Türkiyənin Van-Erciş avtomobil yolunda baş verən və təxminən 50 avtomobilin iştirak etdiyi iki ayrı zəncirvari qəza baş verib.
Paytaxt.org xəbər verir ki, ilkin məlumatlara əsasən, 2 nəfər həyatını itirib, 40-dan çox insan yaralanıb.
Qəzaya səbəb duman və yolların buz bağlaması olub. Bu səbəbdən 50-ə yaxın yük maşınları, mikroavtobuslar, pikaplar və minik avtomobillər toqquşub.
Hadisə yerinə çox sayda təcili tibbi yardım, polis, jandarma və yanğınsöndürən briqadaları göndərilib. Yaralılar Vanın müxtəlif xəstəxanalarına çatdırılıb.