Aktual.az xəbər verir ki, bu barədə San-Paulu şəhərindəki "Sírio-Libanes” xəstəxanası məlumat yayıb.
Məlumata görə, Lula da Silva baş ağrısı hiss etdikdən sonra xəstəxanaya yerləşdirilib:
"MRT-də oktyabrın 19-da evdə baş vermiş qəza nəticəsində kəllədaxili qansızma aşkar edilib. Əməliyyat insidentsiz başa çatıb”.
Qeyd olunur ki, prezident kraniotomiya əməliyyatı keçirməli olub:
"Hazırda prezident özünü yaxşı hiss edir və reanimasiyada müşahidə altındadır”.