AZ

Bəşər Əsədin işgəncə düşərgəsində axtarışlar başa çatıb - Foto

Bəşər

Suriyada devrilmiş rejimin işgəncə mərkəzi olan Sednaya həbsxanasında gizli kamera və zirzəmilərdə qaldıqları iddia edilən məhbusları araşdıran qruplar, müəssisə daxilində heç bir gizli sahə aşkar edilmədiyi üçün axtarış işlərinin tamamlandığını açıqlayıblar.

Reyting.az
-ın məlumatına görə, Ağ dəbilqəlilər kimi tanınan Suriya Mülki Müdafiə Qrupunun “X” hesabında bildirilib ki, hərbi həbsxanada gizli bölmə iddialarını araşdıran əməliyyatlar başa çatıb.

Cəzaçəkmə müəssisəsinin bütün bölmələrində, zirzəmilərində, həyətyanı sahələrində və ətraf ərazilərdə hərtərəfli axtarışlar aparılıb. Axtarış zamanı müəssisə daxilində heç bir açıq və gizli sahə aşkar edilməyib.



Məlumata görə, əməliyyatlar həbsxananı və yerləşdiyi yerin planını bilən şəxslərin köməyi ilə həyata keçirilib. Aşkar edilməmiş gizli hücrələrə və ya zirzəmilərə dair heç bir dəlil tapılmayıb.

Qeyd edək ki, Sednaya hərbi həbsxanası Əsəd rejiminin gizli işgəncə yeri kimi tanınır.

V. QULİYEV
Seçilən
33
reyting.az

1Mənbələr