AZ

Külli miqdarda vergi borcu yığılan  “Referans Pharmaceuticals” cərimələndi

Külli

“Referans Pharmaceuticals” MMC valyuta tənzimi qaydalarını pozduğu üçün cərimələnib.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Mərkəzi Bank tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Müddəanın tələblərinə əsasən, şirkət xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb.

Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, valyuta tənzimi qaydalarını pozmaya görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Məlumat üçün bildirək ki, “Referans Pharmaceuticals” MMC-nin hazırda dövlətə 312 340,03 manat vergi borcu da yığılıb.

Qeyd edək ki, “Referans Pharmaceuticals” MMC 2014-cü ildə yaradılıb. Şirkət dərman vasitələrinin qeydiyyata alınmasını və qida əlavələrinin sertifikatlaşdırılmasını həyata keçirir. (iqtisadiyyat.az)

E-saglam.az

Seçilən
5
1
e-saglam.az

10Mənbələr