AZ

Suriyanın yeni hökumətinin "yol xəritəsi" açıqlandı

Suriyanın yeni administrasiyası keçid prosesindən sonra əhalinin siyahıyaalınmasını, yeni konstitusiyanın təsdiqlənməsini və azad seçkilərin keçirilməsini nəzərdə tutan "yol xəritəsi"ni elan edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" qəzeti öz mənbələrinə istinadən yazıb.

"İndi yeni Suriyanın qurulmasının növbəsi gəlib", - deyə nəşr qeyd edib.

Xatırladaq ki, dekabrın 8-i səhər Suriyanın silahlı müxalif qruplaşmaları Dəməşqi nəzarətə götürüblər.

Bundan sonra Suriyanın Baş naziri Məhəmməd Qazi əl-Cəlali hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazır olduğunu bəyan edib.

Bir müddət sonra Bəşər Əsəd münaqişənin bir sıra iştirakçıları ilə danışıqlardan sonra Suriya prezidenti vəzifəsindən getmək qərarına gəlib və ölkəni tərk edib. Onun Rusiyada olduğu bildirilir.


Bizim.Media

Seçilən
19
2
bizim.media

3Mənbələr