AZ

İranda milli fəallar aksiya keçirdi: “Güney Azərbaycan İran deyil!” - FOTO

Dünən güneyli milli fəallar Şəbüstər şəhərinin Nadarlı kəndində Azərbaycan Milli Hökumətinin yaradılmasının 79-cu il dönümü (21 Azər Hərəkatı – 1945-ci il 11 dekabr) ilə bağlı aksiya keçirərək divarlara vərəqələr yapışdırıblar.

Bizim.Media xəbər verir ki, bu barədə "Araz News" nəşri yazıb.

Mənbə qeyd edir ki, aksiya 1945-ci ildə qurulan və bir il fəaliyyət göstərən Cənubi Azərbaycan Milli Hökumətinin xatirəsini yaşatmaq məqsədi ilə təşkil edilib.

Milli fəallar divarlara bu məzmunda vərəqələr yapışdırıblar: “21 Azər - Milli Dövlətçilik Günü qutlu olsun!”, “Güney Azərbaycan İran deyil!”.


Bizim.Media

Seçilən
49
50
bizim.media

10Mənbələr