AZ

Onlar Samir Abasovdan üzr istəyiblər

“Sumqayıt”ın azarkeşlərinin “Neftçi” ilə oyunboyu rəqibin baş məşqçisi Samir Abasovun ünvanına təhqiramiz ifadələr səsləndirməsinin səbəbi bəlli olub.

Bakıvaxtı.az idman.biz-ə istinadla xəbər verir ki, bu, meydan sahiblərinin azarkeş qruplarından olan "Ultras Sumqayıt"ın bəyanatında əksini tapıb.

Fanatlar Misli Premyer Liqasının XVI turunun “Sumqayıt” – “Neftçi” görüşündəki davranışlarına aydınlıq gətiriblər: “Matçdan öncə mətbuatda Samir Abasovun klubumuzdan gedişi ilə bağlı xoşagəlməz fikirlər yayılmışdı. Onun komandanı çətin vəziyyətdə qoyub, pula görə “Neftçi”ni seçdiyi bildirilirdi. Bu, oyun zamanı çalışdırıcının ünvanına təhqiramiz ifadələr səsləndirməyimizə gətirib çıxardı”.

Azarkeş qrupu sonradan səhvini başa düşdüyü üçün Abasovdan üzr istəməyi də lazım bilib: “Qarşılaşmadan sonra hər şeyi aydınlaşdırdıq. Müəyyən oldu ki, Abasovun “Sumqayıt”dan ayrılmasında heç bir günahı yoxdur. Biz məsələni yanlış anlamışıq. Bu səbəbdən mütəxəssisdən və ailəsindən üzr istəyirik".

Qeyd edək ki, I dövrədən sonra "Sumqayıt"ı “Neftçi”yə dəyişən mütəxəssisin yeni komandası səfər oyununda 0:2 hesabı ilə uduzub.

Seçilən
18
6
bakivaxti.az

8Mənbələr