AZ

Ərəstun Oruclu: Rusiya hərbi bazaları Suriyadan çıxarılacaq...

Rusiya hərbi bazaları Suriyada artıq mühasirəyə alınıb...

Siyasi-şərhçi: “Faktiki olaraq Suriyada bir neçə şəhərin yer üzündən silinməsində rus hərbiçiləri iştirak ediblər”.

Rus qoşunlarının Suriyadan çıxarılmasının günlər və həftələr ərzində baş tutmasını demək bir az optimist yanaşma olar. Müəyyən danışıqlar aparılacaq, sonra da qoşunlar Suriyadan çıxarılacaq”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu Rusiya hərbi bazalarının Suriyada mühasirədə olmasını Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Rusiya hərbi bazaları Suriyada artıq mühasirəyə alınıb. Rus mənbələri bildiririrlər ki, Suriyada 9 minə yaxın hərbiçi var.

Bəs, bu hərbiçilərin və bazanın taleyi necə olacaq və Moskvanın Suriyanın müvəqqəti hökuməti ilə bazaların Rusiyada qalması ilə bağlı anlaşmaq ehtimalı ola bilər?

Rusiyanın bundan sonra Suriyada təsir imkanlarını Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “İndiki mərhələdə Rusiya üçün ən önəmlisi odur ki, Suriyadakı hərbi kontingentinin fiziki müdafiəsini təmin etmiş olsun. Yəni onlar hücuma, zorakılığa məruz qalmasınlar”.

Əsəd rejiminin devrilməsinin həm də Rusiyaİranın Yaxın Şərqə təsirini məhdudlaşdırmaq olduğunu vurğulayan ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, bu proses də baş tutdu:

“Rus hərbiçilırinin Suriyadakı sayı ilə bağlı Rusiya mənbələrinin verdiyi məlumatlar müxtəlifdir. Mən 5 min və 7 min hərbiçi eşitmişəm. Amma fərqi yoxdur, söhbət minlərlə hərbiçidən gedir. Belə görünür ki, Rusiya hal-hazırda çalışır Türkiyənin vasitəsilə Suriyanın yeni hökuməti ilə bu məsələni müzakirə etsin.

Suriyanın yeni hökuməti çox gözəl anlayır ki, Rusiya Bəşər Əsədi qorumaq üçün çox vəhşiliklər törədib. Faktiki olaraq Suriyada bir neçə şəhərin yer üzündən silinməsində rus hərbiçiləri iştirak ediblər. Amma reallığı nəzərə alaraq müəyyən müddət danışıqlara gediblər.

Düşünürəm ki, Rusiya hərbi bazaları Suriyadan çıxarılacaq. Yaxud da onların rus hərbiçilərinin iştirakı minimuma endiriləcək. Türkiyənin də Suriyanın müxalifətinin radikal addımlar atmamasına çalışacağını düşünürəm. Çünki hakimiyyəti qorumaq, möhkəmləndirmək lazımdır. Yalnız bundan sonra Suriya hökuməti Rusiya siyasətinə baxacaq. Amma Rusiya hərbiçiləri Suriyadan çıxarılacaq.

Ərəstun Oruclu: “Rusiyanın Suriyada ağır itkiləri ola bilər”.

Hesab edirəm ki, Əsəd rejiminin devrilməsi həm də Rusiyaİranın Yaxın Şərqə təsirini məhdudlaşdırmaq istəyi idi. Bu proses də baş tutdu. Amma rus qoşunlarının Suriyadan çıxarılmasının günlər və həftələr ərzində baş tutmasını demək bir az optimist yanaşma olar. Müəyyən danışıqlar aparılacaq, sonra da qoşunlar Suriyadan çıxarılacaq.

İndiki mərhələdə Rusiya üçün ən önəmlisi odur ki, Suriyadakı hərbi kontingentinin fiziki müdafiəsini təmin etmiş olsun. Yəni onlar hücuma, zorakılığa məruz qalmasınlar. Bu baş verəcəyi halda, Rusiyanın orada ağır itkiləri ola bilər”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
31
18
poliqon.info

10Mənbələr