AZ

Bəşər Əsədin devrilməsi Putinə niyə zərbə vurur...

Bəşər Əsədin devrilməsi Putinə niyə zərbə vurur və Rusiyanın zəifliyini ortaya qoyur

Moskva Yaxın Şərqdəki ən böyük müttəfiqinin süqutunun mənasını kiçiltməyə çalışır, lakin Ukraynadakı müharibə Kremlin nüfuzunu ciddi şəkildə zəiflədib.

Kremlin Yaxın Şərqdəki ən böyük müttəfiqi olan Suriyada Bəşər Əsəd rejiminin süqutundan sonra Rusiya dövlət mediası Ukraynadakı müharibənin prioritet olduğunu bildirərək, hadisənin Moskva üçün əhəmiyyətini azaltmağa çalışıb. Lakin  Kreml tərəfdarlarının heç də hamısı bu nöqteyi-nəzərlə razılaşmayıb və bəziləri artıq baş verənləri “Rusiya üçün böyük geosiyasi məğlubiyyət” adlandırırlar.

Analitiklərin fikrincə, “Putinin Ukraynadakı müharibəyə aludə olması Rusiyanın digər ölkələrdə baş verən hadisələrə təsir imkanlarının azalmasına, o cümlədən Kremlin Suriyadakı hərbi-strateji imkanlarının zəifləməsinə səbəb olub”.

“Rusiya sovet dövründən Suriyada var. Və Putin iki həftə ərzində hər şeyi puç elədi. Bəs nə üçün? Ukraynada daha bir kəndi tutmaq üçün? - Moskva jurnalistlərindən biri qeyd edir.

Moskvanın Strategiya və Texnologiyaların Təhlili Mərkəzinin rəhbəri Ruslan Puxov qeyd edir ki, Moskva hazırda keçmiş Sovet İttifaqının hüdudlarından kənara effektiv şəkildə güclə müdaxilə etmək üçün kifayət qədər hərbi gücə, resurslara, təsirə və səlahiyyətə malik deyil.

"Dünya səhnəsində güc və imkanlarınız haqqında blef edə bilərsiniz, lakin öz blefinizə inanmağa başlamamaq vacibdir" deyir.

Eyni zamanda,  Suriya Putin üçün vacib idi, çünki bu, ona Qərbə meydan oxumağa və yeni silahları sınaqdan keçirməyə imkan verirdi ki, o, indi Ukraynada bunu daha geniş miqyasda edə bilsin. Rusiyanın Suriyadan qoşunlarını tamamilə çıxaracağı təqdirdə onları yenidən Donbassdakı döyüş meydanlarına yerləşdirəcəyi ilə bağlı narahatlıqlar da var.

Qeyd etmək lazımdır ki, Rusiyanın Suriyadakı uğursuzluğu digər ölkələrdə təsirinin zəifləməsi fonunda baş verir. Moldovanın Aİ-yə üzvlüyünü pozmaq üçün uğursuz cəhdi, Rumıniyada rusiyayönlü ultramillətçi Kalin Georgescu-nun qalib gəldiyi prezident seçkilərinin birinci turunun nəticələrinin ləğv edilməsini, eləcə də Gürcüstanda müxalifətin rusiyameyilli hakim partiyaya qarşı etirazları xatırlaya bilərik. 

Seçilən
29
anspress.com

1Mənbələr