AZ

Rusiya "Meta" şirkətinin mətbuat katibini axtarışa verdi

Rusiya Daxili İşlər Nazirliyi Amerikanın “Meta” korporasiyasının mətbuat katibi Endi Stounu axtarışda olanlar siyahısına salıb.

"Unikal" xəbər verir ki, bu barədə departamentin saytında bildirilir.

Bundan əvvəl Rusiya İstintaq Komitəsi "Meta" işçilərinə qarşı "Rusiya Federasiyası vətəndaşlarına qarşı zorakılıq çağırışlarında ifadə olunan qanunsuz hərəkətlərlə əlaqədar" cinayət işinin başlandığını elan etmişdi. 

Departament qeyd edib ki, “şirkətin mətbuat katibi Endi Stoun sosial şəbəkədə elan edib ki, Meta öz platformalarında Rusiya ordusuna qarşı zorakılıq çağırışlarına qoyulan qadağanı müvəqqəti olaraq ləğv edib və bunu siyasi ifadə forması adlandırıb”.

Seçilən
406
2
unikal.az

10Mənbələr