AZ

İrəvandan Bakıya Vardanyana görə təşəkkür… – DETALLAR

“Ermənistan Baş naziri Nikol Paşinyana ən yaxın adamlardan Ovik Ağazaryanın deputat mandatının alınmasını ölkənin birinci xanımı Anna Akopyan tapşırıb”.

Bu iddia ilə “Hraparak” çıxış edib.

Məlumata görə, Anna Akopyanın yaxın adamlarından Roman Baqdasaryan canlı yayımda “Ruben Vardanyanın həbs olunmasına görə Azərbaycana təşəkkür edirəm. O, Bakıda həbsxanada ölməlidir”, – deyib. Bu sözlər Ağazaryanın narazılığına səbəb olub və o, Baqdasaryanın ünvanına sərt ifadələr işlədib. Deputat hətta Baqdasaryanın Akopyanın toplantılarında iştirakını tənqid edib.

Bundan başqa, bir müddətdir Ağazaryanın vəzifədən uzaqlaşdırılması üçün müraciətlər olduğu deyilir.

Qeyd edək ki, O.Ağazaryan ölkə ilə bağlı diplomatik məzmunlu məlumatları yaymaqda ittiham edilir. Onun telefon yazışmalarının ifşa edildiyi və hakim partiyanın iclasında oxunduğu bildirilir. Bir müddət əvvəl N.Paşinyan ona istefa verməsini desə də, Ağazaryan imtina edib.

Mənbə: globalinfo.az

Seçilən
20
1
globalinfo.az

2Mənbələr