AZ

Lukaşenko Bəşər Əsədi misal çəkdi: “Bu, bizim üçün dərsdir”

Bəşər Əsədin Suriya prezidenti postundan istefa verməsi Belarus hakimiyyəti üçün dərsdir.

Bizim.Media xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

“Orada elə bir qarışıqlıq var ki, bu, mənə elə gəlir ki, hələ başlanğıcdır. İndi hakimiyyət uğrunda mübarizə başlayacaq. Dünyanın əsas oyunçuları Suriyada döyüşür. Bu bizim üçün bir dərsdir.

Biz öz taleyimizi özümüz təyin etməliyik, ölkəmizi xilas etməliyik!” - deyə Lukaşenko qeyd edib.

Bundan əlavə, Belarus lideri “bir vaxtlar Suriyanın sınaq poliqonuna çevrildiyini” vurğulayıb.

Bəlli olub ki, Belarus səfirliyi Suriyada hakimiyyət dəyişikliyi şəraitində qalıb və fəaliyyətini davam etdirir.

Xarici İşlər Nazirliyinin rəhbəri Anatoli Qlazın mövzu ilə bağlı deyib ki, Minsk diplomatik nümayəndəliklərin təhlükəsizliyi üçün Suriya müxalifətindən zəmanət alıb.

Bizim.Media

Seçilən
34
6
bizim.media

7Mənbələr