İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti “BAFCO İnvest” MMC ayaqqabı istehsalı sahəsində EN ISO 20345:2022 və EN ISO 20347:2022 beynəlxalq standartlara uyğunluq sertifikatlarına layiq görülüb.

Bu sertifikatlar şirkətin istehsal etdiyi məhsulların Avropa bazarına ixracına imkan yaradır. Hazırda şirkət tərəfindən istehsal edilən məhsulların ixrac edilməsi məqsədilə MDB, Avropa ölkələri ilə danışıqlar aparılır.

Aqat Təbii Daşlar
Aqat Təbii Daşlar
Aqat Təbii Daşlar

Qeyd edək ki, Sənaye Parkının 2,5 hektar ərazisində yerləşən və Almaniyanın tanınmış Desma markasının avadanlıqları ilə təchiz olunan fabrikin illik istehsal gücü 510 000 cüt ayaqqabı təşkil edir.

ETX
AzeriQaz
ETX
AzeriQaz
ETX
AzeriQaz