AZ

Qobustana ayrılan 417 min manatı mənimsəyib" -Vəzifəli şəxslərin adı keçən cinayət işi



Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə Cinayət Məcəlləsinin 179.3.2-ci və 193.1.3.2-ci maddələri ilə təqsirli bilinən Fəqani Rəhimovun məhkəməsinin ilkin baxış iclası keçirilib.

aia.az-ın məlumatına görə, hakim ilk olaraq ittiham aktını elan etmək üçün sözü dövlət ittihamçısı Rauf Malışova verib. İttiham aktından məlum olub ki, Fəqani Rəhimov ayrı-ayrı vəzifəli şəxslərlə birləşərək müxtəlif MMC-lər açaraq qeyd olunan cinayəti törədib.

Belə ki, Qobustan şəhərinin abadlaşdırılması üçün ayrılan 417 min manatı Qobustan rayonunun inzibati ərazi nümayəndəsi Məlikağa Əhədov ilə birləşərək həmin pulu öz adamlarına məxsus "İnşaat F" MMC-yə köçürüb.
Həmçinin Suraxanı Maşınqayırma zavodunun məsul şəxsi Həsən Pirverdiyev ilə birləşərək 29 min 886 manatı "Pola" MMC-nin bank hesabına köçürüb. Ondan 27 min manatı mal-materiala xərcləyib. Ümumilikdə 65 MMC vasitəsi ilə 570 min 960 manat pul vəsaitini mənimsəyib. Onun 62 min manatını özünün xeyrinə leqallaşdıraraq 193.1.3.2 və 179.3.2-ci maddələrini ilə cinayət törətməkdə şübhəli bilinib.

Hakimin sualına cavab olaraq təqsirləndirilən şəxs Fəqani Rəhimov baş vermiş cinayətdə özünü qismən təqsirli bilib və məlum olub ki, Fəqani Rəhimov öz üzərinə düşən ziyanı ödəyib.

Sonra təqsirləndirilən şəxsin vəkilinin təqdim etdiyi bir neçə vəsatət müzakirə olunub. Məlum olub ki, təqsirləndirilən şəxsin səhhətində problem var, ürəyinə bir neçə stent qoyulub. Həmçinin ibtidai istintaq vaxtı ona düzgün maddə tövsif edilməyib. Dövlət

ittihamçısı Rauf Malışov maddənin tövsif ilə bağlı vəsatətə baxılmamış saxlanılmasını təklif etdi.

Sonra hakim Rasim Sadıxov təqsirləndirilən şəxsin ev dustaqlığı ilə bağlı verdiyi vəsatətinə münasibət bildirdi: "Xəstəliyi ilə bağlı sənədləri elektron məhkəmə sistemindən tədqiq edəndən sonra vəsatətə münasibət bildirəcəyik".

Qeyd edək ki, Fəqani Rəhimov barədə ibtidai istintaq bitən zaman həbs qətimkan tədbiri seçilib.

Məhkəmə prosesi 7 yanvar tarixinə kimi təxirə salınıb.



phrase_var_article.chosen
4
1
aia.az

2phrase_var_article.sources