AZ

Məhəmməd əl-Bəşir Suriyanın müvəqqəti hökumətinin başçısı təyin olunub

Məhəmməd əl-Bəşir Suriyanın müvəqqəti hökumətinin başçısı təyin olunduğunu açıqlayıb.

Azpost.info bildirir ki, Suriyanın müxalifət lideri ölkənin keçid hökumətinə başçılıq edəcək.

Əl-Bəşir mühəndis və hüquq məzunudur. Ən son İdlibdə “milli xilasetmə hökuməti” adlanan qurumda baş nazir olub.

Əl-Bəşir indi Suriyada yeni rəhbərliyin formalaşdırılmasına və son nəticədə seçkilərin keçirilməsinə cavabdehdir.

Onun təyinatını indiyədək yalnız HTŞ qrupu təsdiqləyib. Onun təyinatının Suriya müxalifətinin digər nümayəndələri tərəfindən də təsdiq edilib-edilmədiyi hələlik məlum deyil.

Suriyada baş verən hadisələrə baxsaq, Suriya müxalifətinin digər nümayəndələrinin razılığı tələb olunmur.

Seçilən
56
azpost.info

1Mənbələr