AZ

Suriyada keçid hökumətinin müddəti üç ay olacaq- “Əl-Cəzirə”

Formalaşdırılması Məhəmməd əl-Bəşirə həvalə edilmiş Suriyanın keçid hökumətinin müddəti üç ay olacaq.

Azpost.info xəbər verir ki, bu barədə “Əl-Cəzirə”yə Dəməşq və ölkənin bir çox digər şəhərlərinə nəzarəti bərqərar edən Suriya müxalifətinin siyasi administrasiyasındakı mənbə bildirib.

“Əl-Bəşir hökuməti üç ay davam edəcək keçid dövrü çərçivəsində işləyəcək”, – mənbə bildirib.

Mənbə onu da deyib ki, keçid hökuməti daimi hökumətin işi üçün ilkin şərtlər yaradacaq.

Azpost.info

Seçilən
43
azpost.info

1Mənbələr