25 dekabr 2024-cü il tarixində saat 11:30-da təkrar hərraca çıxarılacaq ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə məxsus nəqliyyat vasitələri açıqlanıb.
Banker.az xəbər verir ki, nəqliyyat vasitələri 3-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.
Hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında 2-ci mərtəbədə keçiriləcəkdir. Ünvan Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20-dir.