Həbsdə olan Kanal 13 internet televiziyasının icraçı direktoru Əziz Orucovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Cinayət işi baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib, bu barədə vəkil Bəruz Bayramov bildirib.
Onun sözlərinə görə, müdafiə tərəfi cinayət işinə xitam verilməsi haqqında vəsatət qaldıracaq, belə ki, ibtidai istintaq zamanı onun təqsiri sübuta yetirilməyib.
Orucov ittihamları təkzib edir və işi peşəkar jurnalist fəaliyyəti ilə əlaqələndirir.
Əziz Orucov 27 noyabr 2023-cü il tarixində qanunsuz tikinti aparmaq ittihamı ilə saxlanılıb.
Sonradan ona qarşı CM-in 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.
Orucov ittihamları təkzib edib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.