AZ

Ərdoğan 10 dekabr - Ümumdünya İnsan Hüquqları Günü münasibəti ilə mesaj yayımlayıb

Prezident Rəcəb Tayyib Ərdoğan Suriyada 13 illik vətəndaş müharibəsindən sonra çiçəklənən sülh, sabitlik və əmin-amanlıq ümidlərinin müsbət qarşılandığını bildirib.

Prezident Ərdoğan 10 dekabr - Ümumdünya İnsan Hüquqları Günü münasibəti ilə mesaj yayımlayıb.

Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin mövcudluğunun dünyanın bir çox yerində ən fundamental hüquqların kobud şəkildə pozulmasının və insani dəyərlərə etinasızlığın qarşısını ala bilmədiyini vurğulayan Ərdoğan Bəyannamənin bütün dünyanın gözləri qarşısında tapdalandığı yerlərin başında Qəzza və işğal altındakı Fələstin torpaqlarının yer aldığını qeyd edib.

İnsan hüquqları müdafiəçisi olduğunu iddia edənlərin Fələstindəki vəhşiliklərə sadəcə tamaşa etdiklərinə diqqət çəkən prezident deyib:

"Biz bütün imkanlarımızla fələstinli qardaşlarımızın yanında olduq və bunu davam etdiririk. Qəzza və digər Fələstin torpaqlarında atəşkəsin təmin edilməsi və daimi sülhün bərqərar olması üçün səylərimizi davam etdiririk". 

Prezidentin gündəmində Suriyadakı hadisələr də öz yerini tutub.

60 ildən çox Bəəs diktaturası və 13 illik vətəndaş müharibəsindən sonra Suriyada çiçəklənən sülh, sabitlik və əmin-amanlıq ümidlərinin müsbət qarşılandığını ifadə edən Ərdoğan deyib:

“Suriyalı qardaşlarımızın ölkələrini yenidən qurmaq səylərinə lazım olan bütün dəstəyi verəcəyik. Əsas hüquq və azadlıqlara qarşı ən böyük təhdidlər arasında olan mədəni irqçilik, islamafobiya və dözümsüzlüklə mübarizə eyni qətiyyətlə davam edir. İnsanlığın əldə etdiyi hüquqların qorunub saxlanması və bu hüquqları pozan əməliyyatlara son qoyulması bütün ölkələrin üzərinə düşən qlobal öhdəlikdir”.



Seçilən
44
trt.net.tr

1Mənbələr